Yardımlıda zəlzələ olub

Bölmə: Hadisə › ,
Tarix: 16:37 19.04.2025

Yardımlı stansiyasından 10 km şimal-şərqdə zəlzələ qeydə alınıb.



“İnformator.az” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

 

 

Bildirilib ki, yerli vaxtla saat 16:00-da qeydə alınan yeraltı təkanların maqnitudası 3.3-ə bərabər olub.

Ocağı 11 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.