Bakının mərkəzində anbar yanır-YENİLƏNİB

Tarix: 11:06 21.04.2025
Paytaxtın Nəsimi rayonu Nizami küçəsində anbarda yanğın başlayıb.
"İnformator.az" xəbər verir ki, yanğın səbəbindən ətrafa qatı tüstü yayılmaqdadır.
FHN-dən bildirilib ki, məlumatla əlaqədar qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən qeyd edilib ki, yanğın səbəbindən Kövkəb Səfərəliyeva küçəsindən Nizami və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.