Arterial təzyiqin hər iki qolda ölçməyin əhəmiyyəti nədir?-Ekspert AÇIQLAYIR…

Bölmə: Sosial › ,
Tarix: 19:53 21.04.2025

Ətraf mühit və genetik faktorlarla yanaşı, insan orqanizmindəki fizioloji dəyişikliklər də sağlamlıq üçün mühüm əhəmiyyət daşıyır. Bu dəyişikliklərdən biri də sağ və sol qolda arterial təzyiqin fərqli olmasıdır. Normal şəraitdə qollar arasında cüzi təzyiq fərqi müşahidə olunsa da, bu fərq müəyyən həddi keçdikdə ciddi ürək-damar xəstəliklərinin xəbərçisi ola bilər.

 

 

Mövzu ilə bağlı tibb eksperti Şahvələd Məmmədov “İnformator.az”a açıqlamasında bildirib ki, arterial hipertenziya xəstəliyinin diaqnozunun qoyulması üçün arterial təzyiq qollar və ayaqlarda ölçülə bilər:

 

 

“Arterial təzyiq sağ və sol qol arasında 5-10 dərəcə fərq verə bilər. Bu hər hansı bir patoloji xəstəlik deyil. Bütün qidalandırıcı arteriyalar sol mədəcikdən çıxır. Bu səbəbdən sol qolda olan arterial təzyiq nisbətən 5-10 dərəcə yüksək ola bilər. Bu hər hansı bir xəstəlik fonunda ola bilməz. Fizyoloji haldır və normaldır”.

 


Əminə Əliyeva