Mövsümi xəstəliklər artıb

Bölmə: Sosial › ,
Tarix: 21:49 21.04.2025

Aprel ayında havaların tez-tez dəyişməsi özü ilə mövsümi xəstəliklərin yayılmasına səbəb olur.

 

Mövzu ilə bağlı həkim Həbib Sahratov "İnformator.az"a açıqlamasında bildirib ki, bildiyimiz kimi, mövsümi xəstəliklər əsasən, payız və yaz aylarında daha çox müşahidə olunur:

 

"Aprel ayında havalar qeyri-sabit keçdiyi üçün mövsümi xəstəliklər, xüsusilə, infulenza dediyimiz qrip alergiyası çox yayılır. Soyuq havalar immum sistemi nisbətən zəifləyir. Özəlliklə xroniki xəstəlikləri olan, şəkərli diabet, asma, ankoloji xəstəliklərdən əziyyət çəkən insanların immum sistemi digərlərinkindən daha zəifdir. Ona görə bu insanların viruslara yoluxması daha genişdir. Sözsüz ki, hava şəraiti tam stabil olana qədər xroniki xəstəliyi olan şəxslər geyimlərinin hava tempraturuna uyğun seçməlidirlər. Bu şəxslərə qrip olan şəxslərlə çox kontaktda olmamaq, keyfiyyətli qidalanmağa üstünlük vermək, idman hərəkətləri etmək, təmiz havada gəzmək və s. məsləhət görülür. Mövsümi xəstəliklərin əlamətləri burun axıntısı, yüksək hərarət, öskürək, və s.-dir. Belə havanın tez-tez dəyişdiyi dövrdə hələlik yay geyimlərinə tələsməmək lazımdır. Xəstəlik zamanı gecikmədən həkimə müraciət edilməli, müalicəyə baş vurulmalıdır".

 

Billurə Quliyeva