Paytaxtın bu yolları bağlıdır

Bölmə: Sosial › ,
Tarix: 10:58 22.04.2025

Hazırda aidiyyəti dövlət qurumları paytaxtın bir neçə küçə və prospektində yolda təmir işləri aparır və avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

 

"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov məlumat verib.

 

Onun sözlərinə görə, təmir səbəbindən avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulan yollar aşağıdakılardır:

 

1. Xətai rayonu, Babək prospekti ilə Süleyman Vəzirov küçəsinin kəsişməsi (ticarət mərkəzinin yaxınlığı);

 

2. Nərimanov rayonu, Həsən Əliyev və Aşıq Molla Cümə küçələrinin kəsişməsi, Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər, hər iki istiqamətdə təmir işləri ilə əlaqədar məhdudiyyət tətbiq edilib.

 

Təmir işləri aparılan küçə və prospektlər:

 

1. Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, dairədən ("Şəki" restoranın qarşısı) “Nərimanov” m/st istiqamətində;

 

2. Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 

3. Səbail rayonu, Badamdar şosesi və Əziz Nəzərov küçəsinin kəsişməsində;

 

4. Səbail rayonu, Badamdar şosesi, (Caspian İnternational Hospitalın yaxınlığı), mərkəz istiqamətində yolda təmir işləri aparılır.



Bölmədən digər xəbərlər
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının 2025-ci il Fəaliyyət Planı çərçivəsində həyata keçiriləcək təlimlər barədə məlumat
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası 2025-ci il fəaliyyət planına uyğun olaraq, Daxili İşlər Nazirinin birinci müavini, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, polis general-leytenantı cənab Seyfulla Əzimova “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar” mövzusunda təlimlərin keçirilməsi ilə bağlı rəsmi müraciət ünvanlamışdır.