Azərbaycan Basketbol Liqasında üçüncü yarımfinalçı müəyyənləşib

Bölmə: İdman › ,
Tarix: 16:33 22.04.2025

Azərbaycan Basketbol Liqasında üçüncü yarımfinalçı müəyyənləşib.

 

"İnformator.az" xəbər verir ki, pley-off mərhələsinin üçüncü matçında "Şəki" evdə "Gəncə"ni məğlub edib.

 

 

Şəki Olimpiya İdman Kompleksində baş tutan görüş meydan sahiblərinin 85:83 hesablı qələbəsi ilə yekunlaşıb.

Tərəflər arasında ilk oyunda "Şəki" (85:84), ikinci matçda isə "Gəncə" (94:71) qələbə qazanmışdı.

Bu gün keçiriləcək digər matçda "Abşeron" "Naxçıvan"la münasibətlərə aydınlıq gətirməyə çalışacaq. Görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək. Komandalar arasında ilk oyunda "Naxçıvan" 88:83 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, daha əvvəl "Sabah" və "Neftçi" də yarımfinala vəsiqə qazanıb.