“Fenerbahçe”dən möhtəşəm geridönüş

Bölmə: İdman › ,
Tarix: 23:18 26.04.2025

 

Türkiyə Superliqasında 33-cü turun növbəti oyunu keçirilib.

 

“İnformator.az” xəbər verir ki, “Fənərbaxça” səfərdə “Qaziantep”in qonağı olub. 


Görüş İstanbul təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Hesabı birinci hissədə meydan sahibləri açsa da, “sarı lacivərdlilər” ikinci yarıda üstünlüyü ələ alıb və üç top vuraraq qələbə qazanıb.

Bu nəticədən sonra xallarını 75-ə çatdıran “Fənərbaxça” əzəli rəqibi “Qalatasaray”la xal fərqini 2-yə endirib.