Tapılan qızlar sığınacağa yerləşdiriliblər

Bölmə: Sosial › ,
Tarix: 12:52 27.04.2025

 

Dünən gecə saatlarında Daxili İşlər Nazirliyi tərəfindən araşdırmalar nəticəsində tapılan 2 yeniyetmə qız "Azərbaycan Uşaqları" İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirilib.

 


"İnformator.az" xəbər verir ki, bu barədə APA-ya açıqlamasında "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

 

Qeyd edilib ki, polis əməkdaşlarının iştirakı ilə dünən 2 yeniyetmə təhlükəsizliyinin təmin edilməsi, hüquqlarının qorunması və reabilitasiya keçməsi məqsədi ilə sığınacağa qəbul olunub:

"Dərhal hər iki uşaq ilkin tibbi müayinələrdən keçirildi. Hazırda vəziyyətləri orta stabildir, psixoloji gərginlikləri var".