Bakıda avtomobil səkiyə çırpılıb-sürücü ölüb

Bölmə: Hadisə › ,
Tarix: 14:25 27.04.2025

 

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

İnformator.az xəbər verir ki, Əmirəli Hüseyn oğlu Kərimov idarə etdiyi "VAZ-2109" markalı nəqliyyat vasitəsi ilə Xətai rayonu, 8 Noyabr prospekti ilə Zığ istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib.


Nəticədə avtomobil səkiyə çırpılıb. Sürücü aldığı xəsarətlərdən xəstəxanada ölüb.

 

Faktla bağlı cinayət işi başlanıb, ibtidai istintaq aparılır.