Qurban Qurbanov Bəhlulla niyə görüşməyib? - - “QARABAĞ”DAN RƏSMİ AÇIQLAMA

Bölmə: İdman › ,
Tarix: 13:39 28.04.2025

 

 
 

“Hər hansı problem yoxdur. Komanda daxilində baş məşqçi Qurban Qurbanov və futbolçular arasında qarşılıqlı hörmət və inam var”.

 

"İnformator.az" xəbər verir ki, bu sözləri  "Publika.az"a açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev 12-ci dəfə futbol üzrə Azərbaycan çempionu olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun paltardəyişmə otağında komanda üzvlərindən müdafiəçi Bəhlul Mustafazadə ilə görüşməməsi barədə danışarkən bildirib.

 

O, təcrübəli mütəxəssislə futbolçu arasında heç bir problemin olmadığını bildirib və görüşməmələrinin səbəbini belə açıqlayıb:

 

“Həmin məqama gəldikdə, Qurban Qurbanov klubun bəzi işçiləri və futbolçularını stadionda təbrik etdiyi üçün onlarla ikinci dəfə paltardəyişmə otağında görüşməyib. Bəhlulla da ona görə görüşməyib. Həmçinin futbolçu həmin vaxt əlindəki sarğını açırdı. Yəni baş məşqçimiz və futbolçular arasında hansısa problem yoxdur. Hər zaman komanda daxilində ab-hava yüksək olub, baş məşqçi ilə futbolçular arasında da isti münasibət var”