Tənbəlliyin arxasındakı psixoloji səbəblər

Bölmə: Sosial › ,
Tarix: 21:48 28.04.2025

 

Günümüzdə bir çox insan həyatın müxtəlif mərhələlərində tənbəllik hissi ilə qarşılaşır. Bəzən bunu sadəcə yorğunluq və ya motivasiya çatışmazlığı kimi izah etsək də, əslində tənbəlliyin arxasında daha dərin psixoloji faktorlar dayanır. 

 

Mövzu ilə əlaqədar psixoloq Aynur İsmayılova “İnformator.az”a açıqlamasında bildirib ki, əslində insan tənbəl deyil:

 

“İnsanın tənbəl olmadığını sübut edən bir çox dəlillər var. Belə ki, insan 9 ay müddətində ana bətnində hər an inkişafdadır, tərpənişdədir. Əgər bir insan öhdəsinə düşən işi sabahkı günə təxirə salırsa, bu, onun tənbəllik hissindən deyil, təşviş hissindəndir. O istəyir ki, qüsursuz olmasını istədiyi planların sonu mükəmməl bitsin. Hətta işləri onun istədiyi kimi getmədikdə, o, ruhdan düşməyə başlayır və kənardan tənbəl görünür, özünün tənbəl olduğunu qəbul edir. Ən təhlükəli faktorlardan biri insanın özü-özünü tənbəl kimi qəbul etməsidir. İnsan bunu qəbul etdikdə iradəsi zəyifləməyə başlayır. Hər bir halda insanın motivasiya aldığı məqamlar vardır. O, bu məqamlara üstünlük versə, öz bacarıqlarını kəşf etsə, tənbəl olmadığını anlamağa başlayacaq. Təbii ki, bu halların öhdəsindən gələ bilməsə, vaxtında psixoloqa müraciət etməli, psixoloqun köməyi ilə öz bacarıqlarını kəşf edərək tənbəllik sindromundan azad ola bilər”.

 

Lalə Qurbanlı