Pakistan Trampı “vasitəçi olmağa” çağırıb

Bölmə: Dünya › ,
Tarix: 21:07 01.05.2025

Pakistanın Vaşinqtondakı səfiri Ridvan Səid Şeyx ABŞ Prezidenti Donald Trampdan Pahalqamdakı "dəhşətli terror aktı"ndan sonra Hindistanla artan gərginliyin azaldılmasında vasitəçi rol oynamasını istəyib.

 


Kəşmir məsələsini "dünyanın ən böyük nüvə gərginliyi nöqtəsi" olaraq xarakterizə edən Şeyx "Newsweek" jurnalına verdiyi müsahibədə Pakistanın Hindistanla sülhsevər qonşuluq münasibətləri qurmaq istədiyini bildirib. İki ölkənin qlobal təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb etdiyini əsas gətirərək Trampı gərginliyin azaldılmasında vasitəçi rol oynamağa çağıran Şeyx:
“Əgər dünya sülhünü hədəfləyən bir prezidentimiz varsa və bu prezident (Tramp) müharibələrin bitməsini və münaqişələrin həllini özünə miras kimi görmək istəyirsə, Kəşmir bundan daha aktual bir məsələ ola bilməz” , - dedi.

 

Pakistan ordusu Hindistanla davam edən gərginlik fonunda genişmiqyaslı hərbi təlimlər keçirir.
Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Departamentinin (ISPR) yaydığı bəyanatda, təlimin məqsədinin "döyüş hazırlığını, döyüş uyğunlaşma qabiliyyətini və yeni nəsil silah sistemlərinin sahə inteqrasiyasını yoxlamaq olduğunu bildirib”.

 

 


Mənbə:CNN Türk
Əminə Əliyeva