Aİ-nin yeni təhlükəsizlik arxitekturası:-Aİ-nin sədrliyi olan Polşa Türkiyə ilə hansı əməkdaşlığı hədəfləyir?

Tarix: 21:09 01.05.2025
Polşanın Avropa İttifaqına (Aİ) sədrliyinin şüarı “Təhlükəsiz Avropa”dır. Rusiyanın qonşu Ukraynaya təcavüzü, ABŞ prezidenti Donald Trampın təhdidləri, Avropa təhlükəsizlik arxitekturasını yenidən formalaşdırmaq axtarışları, eləcə də ölkə tarixində dərin izlər qoyan işğallar da bu şüarın müəyyənləşməsində təsirli olub. AB nümayəndə heyəti və Polşa Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Varşavada türk jurnalistlərlə görüşən Polşa rəsmiləri Türkiyə ilə xüsusilə müdafiə sahəsində əməkdaşlığın zəruriliyini də vurğulayıblar. Polşa xarici işlər nazirinin müavini Anna Radvan "Təhlükəsiz Avropa" şüarını izah edərkən, "Bu tendensiya Polşada çoxdan var. Biz AB siyasətindən asılı olmayaraq, artıq bu yolda idik. Müdafiəyə ayrılan büdcə ümumi milli məhsulumuzun 5 faizini təşkil edir. Bu baxımdan Avropa İttifaqı ölkələri arasında liderik" deyib.
Radvanın mühüm mesajlarından biri də Avropada qurulan yeni təhlükəsizlik arxitekturasında “Türkiyənin də yeri olduğunu” vurğulaması idi: "Türkiyənin Avropa təhlükəsizlik arxitekturasında öz yerini tutması üçün iradə var. O arxitektura hazırda ortaya çıxır. Lakin biz hələ başlanğıcdayıq, ona görə də konkret bir şey demək mümkün deyil".
Nazir müavini həmçinin qeyd edib ki, onların müdafiə sahəsində əməkdaşlığa yanaşması Aİ-yə üzvlük müzakirələrindən kənardır.
BBC NEWS
Səmayə Səftərova