Qəzzada ölənlərin sayı 52 min 418 nəfərə çatıb

Tarix: 21:44 01.05.2025
İsrail işğalçı qüvvələrinin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 52 min 418 nəfərə çatıb.
Qəzzada Fələstin Səhiyyə Nazirliyi vasitəsilə edilən yazılı açıqlamada İsrailin Qəzzada davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb. Bildirilib ki, son 24 saat ərzində Qəzzada xəstəxanalarda 18 nəfər ölüb, 77 nəfər yaralanıb.
Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.
Mənbə: a haber
Nərmin Həşimova