Revanşistlər keçmiş qondarma rejimə yeni lider axtarırlar-Nə baş verir?

Bölmə: Siyasət › ,
Tarix: 21:44 01.05.2025

 

Son günlər regionda baş verən proseslər göstərir ki, revanşist dairələr keçmiş qondarma rejimin ideologiyasını dirçəltmək üçün yenidən hərəkətə keçiblər. Məlum olur ki, bu dairələr hazırda özlərinə yeni lider axtarışı ilə məşğuldurlar. Məqsəd isə budur – tarixə gömülən separatizmi yenidən diriltmək və bununla sülh gündəliyinə kölgə salmaq.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Samir Hümbətov bildirib ki, burada iki ehtimal var : Ya Ermənistan hökumətinin bu çıxışları yatırmağa gücü yoxdur, ya da Paşinyan administrasiyasının özü buna meyillidir:

 

“İndiki vəziyyətdə Ermənistanda revanşist qüvvələrin hərəkətlənməsi gələcəkdə ciddi problemlərin olacağını göstərir. Bir tərəfdən sülh müqaviləsindən danışırlar, digər tərəfdən separatizmi dəstəkləməyə çalışırlar. Onların məqsədi yenidən bölgəni qeyri-stabil hala gətirmək və Azərbaycan ərazilərində separatizmi yaratmaqdır. Düşünürəm ki, Ermənistan hökuməti ya bunun qarşısını almaq üçün addımlar atmalıdır, ya da vəziyyət getdikcə gərginləşəcək. Burada iki ehtimal var : Ya Ermənistan hökumətinin bu çıxışları yatırmağa gücü yoxdur, ya da Paşinyan administrasiyasının özü buna meyillidir. Hər ikisi mənfi haldır. Son dövrlərdə Paşinyanın orduda sözünün keçmədiyi haqqında məlumatlar yayılıb. Belə olan halda, biz necə sülh müqaviləsindən danışa bilərik? Sülh müqaviləsini imzalamaq üçün tərəflər tam olaraq bir-biri ilə razılığa gəlməlidirlər. Biz müharibə vəziyyətində olub, sülh müqaviləsi imzalayacayıqsa, bunun mənası yoxdur. Ermənistan hökuməti vaxtında addımlar atmalı və mənfi halların qarşısı alınmalıdır. Daha sonraki mərhələdə isə proses yenidən sülh müqaviləsi məsələsinə gəlməlidir".

 

Günel Verdiyeva