Kəskin hava şəraiti fermerlərə ziyan vurub

Bölmə: Sosial › ,
Tarix: 17:46 07.05.2025

 

Son günlər ölkə ərazisində, o cümlədən şimal-qərb bölgəsində davam edən qeyri-sabit hava şəraiti taxılçılıq sahəsinə də mənfi təsir göstərib. Güclü küləklə müşahidə olunan yağış inkişaf etməkdə olan taxıl sahəsini pis vəziyyətə salıb. Bu vəziyyət isə biçin zamanı məhsuldarlığın aşağı düşməsinə səbəb olacaq.

 

Mövzu ilə əlaqədar, alim aqronom Vahid Məhərrəmli “İnformator.az”a açıqlamasında bildirilib ki, təəssüflər olsun ki, bizim fermerlər belə hadisələrin qarşısını almaqda acizdirlər. Əsaslı işlər görülməlidir ki, belə hallarda fermerlərimiz, təsərrüfatlarımız minimum zərərə məruz qalsın:

 

"Bunun üçün Kənd Təsərrüfatı Nazirliyinə peşəkarlar gətirilməlidir. Ona görə ki, ölkədə bizim torpaqlarımız öz münbitliyini get gedə itirir. Bitki sağlam yetişmir. Belə havada intensiv yağışlar yağanda taxıl yatır və yaxud da davamlı yağış olanda inkişaf prosesi dayanır. Yəni, bu kimi halların qarşısını almaq üçün peşəkarlar gəlməlidir. Deməli, birincisi, torpaqlarımızı münbitləşdirməliyik, baş verməsə, gələcəkdə də bizə çətin olacaq. İkincisi, stress amillərə dözümlü bitki sortları yetişdirməliyik(indi dövrün tələbinə uyğun olaraq), üçüncü fermerlərimizi mütləq maarifləndirməliyik, ona görə ki, onlar peşəkar deyillər. Nümunə üçün deyim ki, digər ölkələrdə, məsələn: Almaniyada əgər kəndli və yaxud da kimsə torpaq sahəsi əldə etmək istəyirsə, əkin üçün mütləq aqronom olduğu haqqında aqronom texnoloq olduğu haqqında sənədi təqdim etməlidir. Və digər tərəfdən təcrübəsi olduğunu sorğu sual edirlər. Təcrübəsi varmı, Nə iş görüb, hansı fermerin yanında təcrübə əldə edib kimi suallar verillər. Bu sahə olduqca mürəkkəb sahədir və çox əhəmiyyətli bir sahədir. Ona görə də bu sahədə çalışan mütləq peşəkar olmalıdır”. 

 

Asiman Vəliyeva