Yeni açılan yolda hərəkət məhdudlaşıdırılır

Tarix: 12:20 08.05.2025
Böyükşor-Pirşağı yeni avtomobil yolunun 1,3-cü km-lik hissəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılacaq.
“İnformator.az” xəbər verir ki, bu barədə Avtomobil Yolları dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, məhdudlaşdırılma yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədardır:
“Hərəkətin məhdudlaşdırılması 10 may səhər saat 09:00-dan başlayaraq bir-neçə saat ərzində qüvvədə olacaq. Sürücülərin alternativ yol ilə hərəkəti təmin olunacaq”.