Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı

Bölmə: Sosial › ,
Tarix: 17:22 10.05.2025

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb.

 

“İnformator.az” xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi özünün sosial media hesabında yazıb.

 

N. Həzi atası ilə görüşdüyünü və ondan aclığı dayandırmasını xahiş etdiyini bildirib:

 

“Mənə, anama, qardaşıma və doğmalarımıza görə bu aclığı dayandırmasını istədim. Həkim Adil Qeybulla indi Tofiq Yaqublunun yanındadır”- deyə, N. Həzi qeyd edib.



Bölmədən digər xəbərlər
QHT “İctimai iştirakçılığın təkmilləşdirilməsi” layihəsini həyata keçirir
1 may 2025-ci il tarixdən etibarən “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “İctimai iştirakçılığın təkmilləşdirilməsi” layihəsini həyata keçirir.