Tramp bölgədə elə bəyanatlar verib ki... -Pezeşkian

Bölmə: Dünya › ,
Tarix: 17:35 17.05.2025

İran heç bir şəraitdə öz nüvə, hərbi və elmi nailiyyətlərindən imtina etməyəcək.

 

"İnformator.az" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.

 

Prezident vurğulayıb ki, İran müharibəyə can atmasa da, döyüşdən qorxmur.

 

O qeyd edib ki, İran həmişə dialoqu dəstəkləyib və danışıqları davam etdirəcək, lakin heç vaxt təhdid qarşısında öz hüquqlarından vaz keçməyəcək.

 

ABŞ Prezidenti Donald Trampın regionun ərəb ölkələrinə etdiyi son səfərini şərh edən Pezeşkian onun ziddiyyətli mövqelərinə görə təəssüfünü bildirib.

 

“Tramp bölgədə elə bəyanatlar verdi ki, ona özü istisna olmaqla heç kim inanmazdı. Bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə “bizdə dünyanı məhv edə biləcək silahlar var” deyir. Biz hansı sözlərinə inanmalıyıq? Sülh mesajına, yoxsa insanların məhvinə çağırışa?”, –İran prezidenti əlavə edib.