ABŞ minlərlə əsgərini bu ölkədən çıxara bilər - VSJ

Tarix: 08:55 23.05.2025
ABŞ Prezidenti Donald Tramp administrasiyası Şimali Koreya (KXDR) ilə bağlı siyasətin qeyri-rəsmi şəkildə yenidən nəzərdən keçirilməsi çərçivəsində Cənubi Koreyadan bir neçə min amerikalı hərbçinin çıxarılmasını nəzərdən keçirir.
“İnformator.az” “Axar.az”a istinadən xəbər verir ki, bu barədə “Voll Strit Jurnalı” Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Müdafiə Nazirliyinin üzərində işlədiyi variantlardan biri Cənubi Koreyadan təxminən 4500 hərbçinin çıxarılmasını nəzərdə tutur. Həmin hərbçilər Hind-Sakit okean regionunun digər yerlərinə, xüsusilə də Quama köçürülə bilər. Bununla belə, bu yalnız nəzərdən keçirilən bir neçə təklifdən biridir və hələ Trampın masasına çatmayıb.
Pentaqonun nümayəndəsi hərbçilərin potensial çıxarılması ilə bağlı suala cavab olaraq bildirib ki, hələlik heç bir siyasi qərar yoxdur. Cənubi Koreya Müdafiə Nazirliyi isə şərh verməkdən imtina edib.