Makron Szinpinlə söhbətindən danışıb: Ümumi məqsəd...

Tarix: 08:58 23.05.2025
Cənub-Şərqi Asiyaya rəsmi səfər etməyi planlaşdıran Fransa Prezidenti Emmanuel Makron Çin lideri Si Szininlə telefon danışığı aparıb.
“İnformator.az” “Axar.az”a istinadən xəbər verir ki, bu barədə Makron sosial şəbəkə hesabında yazıb.
Tərəflər xüsusilə Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə ediblər.
"Rusiyanın Ukraynada apardığı müharibəyə gəlincə, bizim ümumi məqsədimiz var: uzun və davamlı sülh. O, dərhal və qeyd-şərtsiz atəşkəslə başlayır", - Makron yazıb.