Yüzlərlə tələbə İranda nüvə obyektini mühasirəyə alıb

Tarix: 09:00 23.05.2025
Yüzlərlə iranlı tələbə İran-ABŞ nüvə danışıqları ərəfəsində ölkənin nüvə proqramına dəstək nümayiş etdirmək üçün Fordo uranın zənginləşdirilməsi zavodunun ətrafında canlı sədd yaradıb.
“İnformator.az” “Axar.az”a istinadən xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.
Tələbələr ölkənin milli maraqlarının müzakirə oluna bilməyəcəyi barədə bəyanatı oxuyublar.
Qeyd edək ki, Fordo Yanacaq Zənginləşdirmə Zavodu (FFEP) İranın Qum şəhərindən 32 km şimal-şərqdə, Fordo kəndi yaxınlığında yerləşən yeraltı uranın zənginləşdirilməsi zavodudur.