Əl Şaraa: Suriya hakimiyyəti əvvəlki rejimin canlanmasına imkan verməyəcək

Bölmə: Siyasət › ,
Tarix: 09:07 23.05.2025

 

Suriya bir daha hakimiyyət uğrunda mübarizə meydanına və ya xarici ambisiyaların reallaşdırıldığı bir sahəyə çevrilməyəcək. Biz ölkənin və xalqımızın parçalanmasına yönəlmiş əvvəlki rejimin ideologiyasının yenidən dirçəlməsinə yol verməyəcəyik”, – deyə o vurğulayıb.

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Əl Şaraa öz ərazisində silahlı birləşmələrin fəaliyyət göstərilməsinə icazə verməyəcəkdir.

 

"Suriyada Əsəd rejimi ötən əsrin 70-ci ilindən 2024-cü ilin dekabrına kimi hakimiyyətdə olunmuş və Suriyada olan siyasi müxalifətə, əsasən də dini və etnik adlara qarşı qırğın siyasəti yeridib.


Hafiz Əsədin hakimiyyəti dövründə Suriya Sovetlər dönəminin bir əsas mövqeyinə çevrilmiş və Suriya ərazisində Sovetlər İttifaqının bazaları yerləşdirilmişdir.


Bəşər Əsədin vaxtında da həmin siyasət davam etdirilib. Bəşər Əsədin diktatura rejimindən 5 milyondan çox siyasi müxalifəti və etnik qrupları Suriya ərazisini tərk etmiş və onun 3 milyonundan çoxu Türkiyənin ərazisində yerləşdirilib. Hətta Bəşər Əsədin siyasi müxalifətinə qarşı kimyəvi silahlardan istifadə olunması haqqında beynəlxalq təşkilatlarının bu və digər formada rəyləri vardır. Əl Şaraanın birinci bəyanatında bildirmişdir ki, Suriyada yaşayan bütün dini və etnik azlıqlar Suriya hakimiyyətində təmsil olunacaqdır. Əl Şaraa hakimiyyətdə hətta İzrail tərəfindən idarə edilən druzları da təmsil edib.


Buna baxmayaraq, bu və digər formada
İzrail dövləti druzların hüquqlarının müdafiəsi haqqında və Suriya ərazisində olan su ehtiyyatlarını tutmaq şərtilə Suriya ərazisində təcavüzlər edir. Əlbəttə ki, Suriyanın Bəşər hakimiyyətindən fərqli olaraq, Əl Şaraa hakimiyyəti bütün qonşu dövlətlərlə, əsasən Türkiyə ilə, yüksək səviyyədə münasibətlər qurulmuşdur. Türkiyə hərbi bazalarının Suriya arasında yaradılması ilə əlaqədar memorandum imzalanmışdır. Bununla əlaqədar İsrail dövləti öz narazılığını bildirmişdir. Bundan başqa, prezident Ərdoğanın təşəbbüsü ilə Donald Trampdan xaiş etmişdir ki, ABŞ-nin Suriyaya qarşı olan sanksiyalarını ləğv etsin. Əl Şaraanın Səudiyyə Ərəbistana ikinci rəsmi səfəri zamanı Donald Tramp Əl Şaraayla görüşür və ABŞ-nin Suriyaya qarşı olan sanksiyalarının aradan qaldırılması ilə bağlı bəyanat vermişdir.


Əl Şaraa kifayət qədər xarici və daxili siyasət yeridir. Əl Şaraanın beynəlxalq platformalarda İlham Əliyevlə görüşləri olmuş və iki dövlət arasında diplomatik münasibətlərinin bərpası ilə əlaqədar bəyanat vermişdir.


Deməli, bəzi dövlətlər Suriyanın parçalanmasına meyillidirlər. Onlara qədər Əl-Şara belə bir bəyanat vermişdir ki, o heç vaxt Suriyanın bölünməsinə icazə verməyəcək və Əsəd rejiminin tör-töküntülərinin hakimiyyətdə, destabilizasiya etməsinə imkan verməyəcəkdir.


Ancaq bir məsələ var ki, yaxınlarda ABŞ-nin dövlət katibi bəyanat vermişdi ki, yaxın zamanda Suriya parçalana bilər.
Suriyanın parçalanması nə ərəb dövlətlərinə, nə də Türkiyəyə xeyir etmir.


Ona görə də həm ərəb dövlətləri, həm də Türkiyə çalışacaq ki, Suriya da destabilizasiya olunmasın və Suriya dövlətinin dağılmasına nail olunmasın".

 

Səmayə Səftərova