NATO Baş katibinin müavini: Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndiririk

Tarix: 09:08 23.05.2025
“İnformator.az” “Report”a istinadən xəbər verir ki, bunu NATO Baş katibinin müavini Radmila Şekerinska Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşü ilə bağlı “X” hesabındakı paylaşımında yazıb.
“Biz NATO-Azərbaycan münasibətlərini və regional təhlükəsizliyi müzakirə etdik. Cənubi Qafqaz Alyans üçün mühüm əhəmiyyət kəsb edən regiondur”, - o bildirib.