Minifutbol üzrə dünya çempionatı: Bu gün qrup mərhələsində II tura start veriləcək

Bölmə: Dünya › ,
Tarix: 09:13 23.05.2025

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsində bu gün II tura start veriləcək.

 

“İnformator.az”ın “Report”a istinadən məlumatına görə, Milli Gimnastika Arenasında daha 8 qarşılaşma baş tutacaq.

 

A qrupunda yer alan Azərbaycan millisi Sloveniya ilə qarşılaşacaq. Elşad Quliyevin rəhbərlik etdiyi təmsilçimiz ilk görüşdə Bəhreylə heç-heçəyə (1:1) razılaşıb.


C qrupunda mübarizə aparan Türkiyə yığması isə Ukraynanı sınağa çəkəcək