Yol-nəqliyyat hadisələrində xəsarət alanların sayı azalıb

Bölmə: Hadisə › ,
Tarix: 18:48 05.02.2016

2015-ci ildə yol-nəqliyyat hadisələrinin sayı azalıb.

Baş Prokurorluğun mətbuat xidmətindən İnformator.az-a verilən məlumata görə, bu barədə prokurorluq orqanları tərəfindən 2015-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirilib.

Həyata keçirilmiş profilaktiki tədbirlər nəticəsində 2014-cü ilə nisbətən hesabat dövründə qeydə alınmış yol-nəqliyyat hadisələrinin sayı 415 fakt, həmin hadisələr nəticəsində ölənlərin sayı 230 fakt və xəsarət alanların sayı 411 fakt, habelə bağlı qalan hadisələrin sayı 14 fakt azalmışdır. Ölümlə nəticələnmiş yol-nəqliyyat hadisələrindən 14-ü, o cümlədən Gəncə və Şirvan şəhərləri, Xətai, Hacıqabul, Samux və İmişli rayonlarının hər birində 1, Baş Dövlət Yol polis idarəsinin yol-patrul xidməti alayının xidmət etdiyi ərazidə 6 və Sabunçu rayonu ərazisində isə qeydə alınmış 2 hadisə bağlı qalmışdır.