Bolqarıstan XİN: Azərbaycanla əməkdaşlıq dinamik xarakter daşıyır

Tarix: 10:58 28.05.2025
Bolqarıstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
"İnformator.az" xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Bolqarıstan 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına ən xoş arzularını çatdırır! Bizim dinamik əməkdaşlığımız və qarşılıqlı hörmət strateji tərəfdaşlığımızın gələcək inkişafı üçün möhkəm təməldir", - paylaşımda vurğulanıb.