Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik edib

Bölmə: Siyasət › ,
Tarix: 16:24 28.05.2025

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib.

 

 

"İnformator.az" xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

 

"Azərbaycanın 28 May - Müstəqillik Gününü təbrik edirəm.


Həyatları bahasına Azərbaycanın müstəqilliyinə sahib çıxan, istiqlal və istiqbal yolunda verdiyimiz şanlı mübarizələri şəhadətləri ilə taclandıran bütün qəhrəmanlarımızı rəhmət və hörmətlə yad edirəm", - Ərdoğan yazıb.