Pakistan regionda sülh və firavanlığı təşviq edir-Şahbaz Şərif

Bölmə: Siyasət › ,
Tarix: 17:20 28.05.2025

Pakistan regionda sülh və firavanlığı təşviq edir.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı səsləndirib.

 

Baş nazir əlavə edib ki, Pakistan nə qədər sülhpərvər olsa da, hücuma məruz qaldıqda buna adekvat cavab verəcək gücdədir:

 

“Hindistana qarşı da bunu etdik və düşmən təyyarələrini vuraraq ona dərs verdik”.