Ermənistan və Azərbaycan arasında sülh yaxındır-Paşinyan

Tarix: 17:35 28.05.2025
Ermənistan və Azərbaycan sülh sazişi ilə bağlı məsləhətləşmələri davam etdirir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Slovakiyanın baş naziri Robert Fitso ilə birgə brifinqdə bildirib.
Mövzu ilə bağlı politoloq Turan Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edir:
"Son zamanlar danışıqlarda müəyyən qədər durğunluq dövrünü müşahidə edirik. Bu ümumi prosesin gedişatına hələki mənfi təsir etmir. Yəni müxtəlif formatlarda danışıqlar davam edir. Bunun daha qabarıq olanı sülh sazişi ilə bağlı olan, məsələlərdir. Sülh sazişinin mətnidə hazırdır. Sadəcə sülh sazişinə kənar bəndlərin müzakirə məsələsi yer alır, danışıqlarda, ikinci məsələ, şübhəsiz, dermitasiya və demarikasiya məsələsidir. Hər nə qədər son zamanlar bu məsələ ilə bağlı müzakirə olmasa da, prosesin getmədiyinə dairdə faktlar yoxdur. Bu ümumi mənada prosesin gediyi deməyə əsas yaradır. Əlbəttə ki Cənubi Qafqazdan bəhs ediriksə, burada başlıca münaqişə və ehtimal Azərbaycan və Ermənistan arasındadır. Sülh prosesinin davam etməsi, yəni konkret sülh imzalanmaması, gərginlik ehtimallarında aktual saxlayır. Bu gün buna deyə bilmərik ki, müharibə olacaq. Çünki müharibə üçün konkret bir əsas yoxdur. Amma sülh prosesi durğunluq uzun müddətli davam edərsə, əlbəttə, ümumi prosesə təsir edəcək və tərəflər arasındakı durğunluğu gərginliyə doğru aparar. Amma mövcud vəziyyətdə hələki müharibə riskləri çox aşağıdır. Danışıqlar prosesi davam edir. Əlbəttə ki sülh sazişi imzalanarsa, bu təhlükəsizlik doktirinasına təsir edəcəkdir. Yəni tərəflərin regionda silahlanması müharibə vəziyyət ilə əlaqədar olur, amma sülh müqaviləsi olarsa, təbii ki, bu, sülh müqaviləsinin davamlılığından da asılı olacaqdır. Tərəflər hərbi xərcləri azalda və daha etimadlı bir mühit şəraitində yaşaya bilər".
Ekspert bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması regionda gərginliyi azaldacaq:
"Yəni, müharibə ehtimallarını aradan çıxardacaq. Təbii ki, müharibənin, gərginliyin, konfliktin olmadığı bir coğrafiyaya xarici investisiyaların cəlbi buranın inkişafı, yeni layihələrin təklifi və imzası daha optimal olacaqdır. Region ölkələrinin iqtisadi layihələrə marağı arta bilər. Məsələn, Cənubu Qafqazda yeni təşkilatlar yarana bilər. Yeni iqtisadi layihələr ola bilər. Azərbaycanın bu gün Gürcüstanla əldə etdiyi uğurlu layihələr kimi Ermənistanla da layihələr ola bilər".
Ayşən Səlimova