"Pakistan xoşbəxtdir ki, Azərbaycan və Türkiyə kimi qardaşları var"

Bölmə: Siyasət › ,
Tarix: 18:52 28.05.2025

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Hindistanla münaqişə məsələsində ölkəsinə göstərdikləri dəstəyə görə təşəkkür edib.

 

Bu fikirləri o, Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə keçirilən üçtərəfli sammitdə səsləndirib:

 

"Müasir dünyada ciddi çağırışlar, iqtisadi böhranlar və siyasi gərginliklər mövcuddur. Belə bir şəraitdə Pakistanın bəxti gətirib ki, Azərbaycan və Türkiyə kimi qardaşlarımız var. Siz bizimlə dağ kimi dayanırsınız. Biz daim sülhə və ədalətə üstünlük verəcəyik. Zamanın sınağından çıxmış əlaqələrimiz xalqlarımızın rifahına xidmət edəcək. Bu görüş bizə siyasi imperativlər və qarşılıqlı maraq doğuran sahələrdə irəliləyiş üçün platforma yaradır", – deyə baş nazir vurğulayıb.

 

Mənbə: Caliber

Aytən Ağazadə