Monqolustan parlamenti Baş naziri vəzifəsindən azad edib

Tarix: 08:12 03.06.2025
Monqolustanın Dövlət Böyük Xuralı (parlamenti) gizli səsvermədən sonra Baş nazir Luvsannamsrain Oyun-Erdeneni istefaya göndərib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat mərkəzi məlumat yayıb.
Yeni hökumət başçısı təyin olunana qədər sabiq Baş nazir öz vəzifələrini icra etməyə davam edəcək.
Qanuna görə, Baş naziri istefaya göndərmək üçün deputatların səs çoxluğu (64 səs) kifayətdir. Onların çoxu gizli səsvermə zamanı Baş nazirə etimad göstərməyiblər.