Kanada tariflərlə bağlı Vaşinqtonla danışıqlara başlayır

Bölmə: Dünya › ,
Tarix: 08:22 03.06.2025

Kanadanın Baş naziri Mark beynəlxalq münasibətlər və ticarət naziri DominiK Leblanın rəhbərlik etdiyi nümayəndə heyətinin tarif danışıqları üçün Vaşinqtona getdiyini bildirib.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, onun açıqlamaları Kanada televiziya kanallarında yayımlanıb.

 

M. Karni bildirib: "Biz Kanada üçün ən yaxşı sövdələşməni əldə etmək məqsədilə mübarizə aparırıq. Bu iş davam edir. Nazir Leblan danışıqlarını davam etdirmək üçün bu gün Vaşinqtona gedəcək".


Baş nazir əlavə edib ki, Ottava hələ də ABŞ tariflərini qeyri-qanuni və əsassız hesab edir.