“Hörümçək toru”: ABŞ Rusiyadan sərt cavab gözləyir

Tarix: 10:19 03.06.2025
ABŞ aerodromlara hücuma görə Rusiyadan Ukraynaya cavab zərbəsi gözləyir.
"İnformator.az" xəbər verir ki, bu barədə “Nyu York Tayms” mənbəyə istinadla məlumat yayıb.
“Rusiya aviabazalarına irimiqyaslı dron hücumundan sonra Amerika rəsmiləri Moskvadan sərt cavab proqnozlaşdırır. Vaşinqton ehtimal edir ki, Rusiya dronlarla mülki infrastruktura zərbələr endirə, enerji sisteminə hücum edə, orta mənzilli ballistik raketlərdən istifadə edə bilər. Zərbələr Rusiyanın strateji qüvvələrinə xeyli ziyan vurub, lakin bu, Rusiyanın hücumunu dayandıra bilməyəcək”, - mənbə bildirib.
Qeyd edək ki, Ukrayna 1 iyunda Rusiyanın 4 aerodromuna kütləvi zərbələr endirib. Hücumlar nəticəsində 40-dan çox təyyarə sıradan çıxarılıb.