ABŞ Suriyadakı üç hərbi bazasını tərk edir

Bölmə: Dünya › ,
Tarix: 11:22 03.06.2025

ABŞ Suriyadakı hərbi mövcudluğunun azaldılması çərçivəsində Suriyadakı iki hərbi bazasını bağlayıb və daha birini Suriya Demokratik Qüvvələrinə təhvil verib.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü “Əl-Ərəbiyyə” telekanalına deyib.

 

“500-ə yaxın amerikalı hərbçi Suriyadan çıxarılıb. Ölkə ərazisində yerləşən iki hərbi baza bağlanıb, biri isə Suriya Demokratik Qüvvələrinə təhvil verilib”, - qeyd olunub.