Trampdan İranla bağlı gözlənilməz tapşırıq

Tarix: 11:45 03.06.2025
Ağ Evin mətbuat katibi Karolina Levitt Milli Təhlükəsizlik Şurası, Maliyyə Departamenti və Dövlət Departamentindəki yüksək vəzifəli rəsmilərə İrana qarşı sanksiyaların tətbiqi ilə bağlı bütün işlərin dayandırılması barədə məlumat verib.
Mövzu ilə bağlı “İnformator.az”a politoloq Elşad Həsənov bildirir ki, Tramp İrana qarşı müharibə istəmir və buna görə də İsrailə icazə vermir ki, indiyə kimi yeni İran ərazisində yerləşən nüvə obyektləri, nüvə hazırlanan sahələr vurulsun:
“O bildirdi ki, “biz bunu ancaq danışıqlar yolu ilə edə bilərik" hesab edirəm ki, artıq danışıqlarda razılığa gəlinib və bu səbəbdən də Tramp hakimiyyəti sanksiyaların tətbiqini dayandırmaq haqqında göstəriş verir. Bu, təbii ki, İrana çox böyük zərbə vurmuş sanksiyalardan azad olmaq İranın iqtisadi cəhətdən dirçəlməsinə səbəb olacaq. Çünki İran neftini sata bilmirdi və çox problemləri vardı. Texnologiya ala bilmirdi. Ona görə də vəziyyət çox gərgin idi. Əgər bunu razılaşdırıbsa, bu, çox böyük bir işdir. Ona görə də hesab edirəm ki, bu, İranın demək olar ki, qələbəsi idi. Baxmayaraq ki, onlar nüvə silahı hazırlamaq qərarından hazırda əl çəkirlər. Ancaq hesab edirəm ki, sözsüz ki, bu Tramp administrasiyası ilə ABŞ-nin müəyyən qurumlar arasında gərginlik yaradacaq. Bu təbiidir. Biz bunu bir çox işlərdə görürük və eyni zamanda İrana qarşı sanksiyaların dayandırılması təbii ki, İsraili tam narazı salacaq. İsrail bundan çox qorxuya düşüb, “dəli" olacaq. Lakin artıq Tramp bu qərarı qəbul edibsə, fikrimcə, İsrail bunu hiss edə bilməz. Ancaq təbii ki, münasibətlər soyuyacaq. ABŞ ilə İsrail arasında və İsraildə Netanyahunu hakimiyyətdən yıxmaq üçün yeni bir siyasi hərəkat başlayacaq. Əgər bunlar baş versə, Trampın bu qərarı yerinə yetirilsə, İran sanksiyalardan azad olsa və
nüvə silahı yox, nüvə enerjisi əldə etmək üçün razılığa gəlsə, o zaman hesab edirəm ki, İsraildə vəziyyət dəyişəcək. İsrailin indiki hakimiyyəti artıq ona qarşı daxildə etirazlar var. Orada hakimiyyət dəyişikliyi baş verə bilər”.
Həmçinin şərhçi qeyd edib ki, sözsüz ki, Avropa da İsraildə baş verə biləcək hakimiyyət dəyişməsini dəstəkləməyəcək:
“Ancaq hesab edirəm ki, bu, bizim- İran qonşumuz üçün orada yaşayan bacı-qardaşlarımız üçün çox mühüm bir hadisə olacaq. Əgər bunlar doğrudan da baş versə. Çünki biz görürük ki, Tramp siyasətində Tramp tez-tez öz fikrini, qərarını dəyişir, verdiyi qərarı yubadır sonra onu ləğv edir. Yəni onun siyasətində belə məqamlar var. Ona görə bunun hamısı yerinə yetirsə, bir daha qeyd edirəm ki, bu, İran xalqı üçün çox böyük müsbət hal olacaq”.
Aysel Mirzəyeva