İsrail kömək istəyən fələstinlilərə atəş açıb!

Bölmə: Dünya › ,
Tarix: 11:46 03.06.2025

 İsrail qüvvələrinin Qəzza zolağının cənubunda humanitar yardım istəyən fələstinlilərə atəş açması nəticəsində 24 nəfər həyatını itirib.

 

 

 İsrail qüvvələri Qəzza zolağında aclıqla mübarizə aparan və humanitar fəlakətə səbəb olan fələstinli mülki vətəndaşları növbəti dəfə hədəfə alıb. Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, İsrail qüvvələrinin Rəfah şəhərindəki Əl-Alem adlı yardım paylama bölgəsində humanitar yardım gözləyən fələstinliləri hədəfə alması nəticəsində 24 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb. 

 

Mənbə: A Haber

Çimnaz Telmanqızı