Ağ Ev: Tramp, Türkiyədə Rusiya və Ukrayna liderləri ilə görüşə açıqdır

Tarix: 11:46 03.06.2025
Ağ Evin sözçüsü Karolin Leavitt bildirib ki, ABŞ Prezidenti Donald Tramp, əgər Rusiya və Ukrayna liderləri də iştirak edərsə, Türkiyədə keçirilə biləcək mümkün bir görüşə qatılmağa açıqdır.
Karolin Leavitt İstanbulda baş tutan Rusiya-Ukrayna görüşlərini şərh edib.
Leavitt, “Prezident (Rəcəb Tayyib) Ərdoğan, Prezident Tramp, (Rusiya) Prezidenti (Vladimir) Putin və (Ukrayna) Prezidenti (Volodimir) Zelenskinin İstanbulda bir araya gəlməsinin vaxtının çatdığını deyir. Tramp bunu dəstəkləyirmi və bu, onun iştirak edəcəyi bir görüş ola bilərmi?” sualını cavablandırıb.
Amerikalı sözçü bildirib: “Prezident, əgər belə bir görüş baş tutarsa, buna açıq olduğunu söylədi. Lakin o, hər iki liderin və hər iki tərəfin də masaya oturmasını istəyir. Bu gün Prezident Trampın israrı ilə onların bunu etdiklərini gördük. Amma Prezidentin bu görüşlər və orada baş verənlərlə bağlı fikirlərini bildirmək özünə aiddir”.– deyə o, qeyd edib.
Mənbə: TRT HABER
Solmaz Muradova