Rusiya heyəti İstanbula gəlib

Tarix: 11:51 03.06.2025
Rusiya heyəti, sabah keçirilməsi planlaşdırılan Rusiya və Ukrayna heyətləri arasındakı görüşlər üçün İstanbula gəlib.
Rusiya ilə Ukrayna heyətləri arasındakı görüşün sabah Çırağan Sarayında keçirilməsi planlaşdırılır.
Görüşlərdə iştirak edəcək Rusiya heyəti bu gün axşam saatlarında İstanbula gəlib.
Görüş barədə
Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya-Ukrayna müharibəsini bitirmək məqsədilə sabah İstanbula keçiriləcək sülh danışıqlarında iştirak etmək üçün Ukrayna heyətini müəyyən etdiyini və heyətə Müdafiə Naziri Rüstem Umerovun rəhbərlik edəcəyini açıqlayıb.
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov isə Ukraynaya yeni danışıqlar turunu 2 iyun tarixində İstanbulda keçirməyi təklif etdiklərini bildirərək, Rusiya Prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinskinin heyətə rəhbərlik edəcəyini qeyd edib.
Mənbə: TRT HABER
Solmaz Muradova