ABŞ Suriyadakı üç hərbi bazasını tərk edib

Bölmə: Dünya › ,
Tarix: 12:37 03.06.2025

 

ABŞ Suriyadakı hərbi mövcudluğunun azaldılmasıçərçivəsində ölkədəki iki hərbi bazasını bağlayıb və daha birini kürdlərin "Suriya demokratik qüvvələri"nə təhvil verib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalına Pentaqonun nümayəndəsi bildirib.

 

ABŞ komandanlığı bir neçə həftə ərzində Suriyadan 500-ə yaxın hərbçisini çıxarıb. Məlumata görə, kürd qüvvələri "Mission Support Site Euphrates" hərbi bazasına nəzarət edəcək.

 

Qeyd edək ki, 2015-2018-ci illərdə Suriya ərazisinin kürdlərin nəzarətində olan hissəsində doqquz ABŞ hərbi bazası və üç forpost yaradılıb.