İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb

Bölmə: Siyasət › ,
Tarix: 20:51 03.06.2025

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasındakı danışıqların ikinci raundu başlayıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a politoloq Əli Mustafa bildirir ki, Rusiya- Ukrayna münasibətləri yaxın zamanlarda atəşkəs və yaxud da sülh danışıqları ilə sonuclanacağını düşünmürəm:

 

“Çünki Rusiyanın hazırkı mövqeyi danışıqları imitasiya etmək, atəşkəsi isə reallaşdırmamaq xəttidir. Hətta görüşlərdə dövlət başçılarının görüşünə razılıq verilməyib. Bütün bunlar hamısı onu deməyə əsas verir ki, Rusiyanın hələ planları var. Rusiya müharibəni davam etdirməkdə və daha çox əraziləri ələ keçirməkdə maraqlıdır. NATO-nun və yaxud Avropa İttifaqının proseslərə qoşulmasına gəldikdə, təbii ki, onlar danışıqlar prosesində iştirak etmək istəyirlər. Hətta bu görüş öncəsi Avropa İttifaqının bir sıra nümayəndələri ilə - Almaniya, İtaliya və Britaniya nümayəndələri ilə Ukrayna nümayəndələrinin görüşünə dair məlumatlar var. Amma başqa formatda onlar hələlik görüşlərdə iştirak etmirlər. Görüşlərdə yalnız Türkiyənin nümayəndə heyəti iştirak edib. Bu da bir müddət sonra isə iki tərəf qalıbdı. Yəni Türkiyə nümayəndə heyəti də yeni görüşlərdən ayrılıb ki, birbaşa Rusiya-Ukrayna danışsınlar. Bu görüşlərin İstanbulda keçirilməsi, əlbəttə, Türkiyənin nüfuzunun mövqeyini ortaya qoyur, müəyyən qədər nüfuzunun, çəkisinin artmasına da təsir edir. Çünki danışıqlar platforması dünyada sanki bir brendə çevrilir. Hamı istəyir ki, onun ərazisi masa olsun, onun ərazisində belə bir platforma olsun və s. Hər halda Türkiyəyə etimadın göstəricisi kimi də baxa bilərik. Ümumiyyətlə, bütövlükdə bölgədəki proseslərə Türkiyənin son vaxtlar kifayət qədər ciddi təsirlərin olduğunu da göz önünə gətirsək, şübhəsiz, bu həm də Türkiyənin gücünü göstərir. Birinci görüşdə əsrlərin hər tərəf 1000 nəfər əsiri azad elədi. İkinci görüşdə də əsir mübadiləsi ilə bağlı razılaşma var. Bu, müsbət hadisədir. Orda yaralıların, gənclərin əsirlikdən azad olunması, əlbəttə, müsbət bir hadisədir. Amma böyük mənada, yəni sülhün gəlməsinə, atəşkəsin baş tutmasına gəldikdə isə təəssüf ki, hələlik bu görüşlərin bu məsələdə faydasının olduğunu deyə bilmərik. Burada bir az imitasiya məsələsinə gəldikdə isə, sanki Rusiya daha çox ABŞ-ni oyaqlayır ki, o da Rusiyaya qarşı sərt mövqe nümayiş etdirməsin. Yəni bu danışıqlar bu baxımdan ola bilsin, Rusiya üçün əhəmiyyətlidir. Ukrayna tərəfi də, atəşkəsə də, görüşlərə də razı tərəf kimi görsənir. Amma o da öz bildiklərini eləyir. Yəni ümumiləşdirsək tərəflər həm danışırlar həm də savaşı davam etdirirlər”.


Aysel Mirzəyeva