Bayramda sağlam ət istehlakının 8 qızıl qaydası

Tarix: 21:05 06.06.2025
Biomühəndis Ece Yıldız Öztürk qeyd edir ki, bayramın ruhuna uyğun süfrələr qurularkən sağlamlığın da nəzərə alınması lazımdır.
Sağlam ət istehlakının 8 qızıl qaydasını sıralayan Öztürk: "Günə sağlam, yüngül səhər yeməyi ilə başlamalı, ət dincəlməli və ölçülü istehlak edilməli, sağlam bişirmə üsullarına üstünlük verilməli, ət tək başına deyil, rəngli süfrələrdə istehlak edilməli, bayramda su istehlakı daha da əhəmiyyətli, şirniyyatda ənənəvi tədbir: ölçülü qidalanmalı, xüsusilə risk qruplarında olanlar diqqətli olmalı, fiziki fəaliyyətləri artırılmalıdır",-dedi.
Professor Ece Yıldız Öztürk bayram süfrələrinin bərəkətlə yanaşı sağlamlıq baxımından da diqqət tələb etdiyinə diqqət çəkərək qeyd edib:
"Qurban bayramında birdən-birə yemək vərdişlərinin dəyişməsi, xüsusilə də həddindən artıq və səhv bişmiş qırmızı ət istehlakı həzm problemləri, yüksək təzyiq, yüksəlmiş xolesterol kimi bir çox sağlamlıq problemini də çağıra bilər, səhər yeməyinə bütöv bir səhər yeməyi ilə başlamaq lazımdır. Taxıl çörəyi, zeytun, az duzlu pendir, pomidor, xiyar, cəfəri və göyərti yüngül, lakin balanslı bir səhər yeməyi olaraq istehlak edilə bilər".
Mənbə: CNN Türk
Zəhra Möhübbətova