Ukrayna ilə bu məsələni həll etməyə hazırıq - Rusiya

Bölmə: Dünya › ,
Tarix: 19:24 07.06.2025

Ukrayna tərəfi ilə əsirlərin dəyişdirilməsi və ölən əsgərlərin cəsədlərinin təhvil verilməsi məsələlərini həll etməyə hazırıq.

 

''İnformator.az'' xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin deyib.

 

O xatırladıb ki, may və iyun aylarında İstanbulda keçirilən danışıqların iki raundu zamanı Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə humanitar məsələlərlə bağlı müzakirələrin təşəbbüskarı olub. Onlarla bağlı müzakirələr məhsuldar olub, konkret razılıqlar əldə olunub.

 

Qeyd edək ki, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bəyan etmişdi ki, Ukrayna əsir mübadiləsini təxirə salıb. Ukrayna isə bu məlumatı təkzib edib.