Türkiyə və Yunanıstanda güclü zəlzələ olub

Bölmə: Dünya › ,
Tarix: 19:54 07.06.2025

Yunanıstanın Oyion Oros bölgəsində 5,2 bal gücündə zəlzələ olub.

 

"İnformator.az" xəbər verir ki, zəlzələ yerli vaxtla saat 15:46-da baş verib.

 

Dağıntı və tələfat barədə məlumat verilməyib.

 

Türkiyənin Çanaqqala şəhərində də 5,2 bal gücündə zəlzələ baş verib.

 

Bu barədə AFAD məlumat yayıb.


Zəlzələ ocağı 7 kilometr dərinlikdə qeydə alınıb.