İran İsrailin gizli arxivlərini ələ keçirib - İDDİA

Tarix: 19:59 07.06.2025
Tehran İsrailin nüvə layihəsi ilə bağlı kəşfiyyat arxivini ələ keçirə bilib.
"İnformator.az" xəbər verir ki, məlumatı İran dövlət televiziyası yayıb.
Məlumata görə, iranlılar İsraildən "minlərlə gizli kəşfiyyat sənədinin" oğurlandığını iddia ediblər. Lakin Tehran hələ ki bu iddiaları təsdiqləyən heç bir sübut təqdim etməyib.
İranın "Tasnim" xəbər agentliyinin məlumatına görə, ehtimal ki əməliyyatda, Tehranın xeyrinə casusluqda ittiham olunan Neşer şəhərindən olan iki israilli - Ro Mizrahi və Almoq Atias iştirak ediblər.
Hər iki şəxs digər məsələlərlə yanaşı, hazırkı müdafiə naziri İsrael Katzın evinin yaxınlığında müşahidə kameraları quraşdırmağa cəhd ediblər.