6 aydan aşağı körpələri dənizə gətirməməlisiniz!

Bölmə: Maraqlı › ,
Tarix: 19:09 09.06.2025

Körpələrin dənizə və hovuzlara girməsi ilə bağlı mühüm məlumatlar verən Doktor Tunç Aydın valideynlərə körpələri 6 aylıq olmadan dənizə buraxmamağı tövsiyə edib. Körpələrin 6 aydan sonra dənizə girə bildiyini, ancaq açıq hovuzların 1 yaşına qədər gözlənilməsinin lazım olduğunu ifadə edib.

 

Körpələrin dənizdə və hovuzda təhlükəsiz vaxt keçirmələri üçün dəniz suyunun istiliyinin 32-34 dərəcə arasında olması lazım olduğunu, körpələrin kölgəli yerlərdə üzməsinin daha uyğun olacağını ifadə edən Dr. Aydın, dənizə və ya hovuza girən uşaqların uzun müddət yaş çimərlik paltarında qalmaması lazım olduğunu və çimərlik paltarlarının dəyişdirilməsinin vacibliyini də vurğulayıb. O, həmçinin körpələrin dərisinin tez qurudulmalı və sonra nəmləndirici ilə qorunmalı olduğunu bildirib.

 

Mənbə: CNN Türk
Zəhra Möhübbətova