Qasırğa 29 nəfərin həyatına son qoydu

Bölmə: Hadisə › ,
Tarix: 11:23 23.02.2016

Yerin cənub yarımkürəsində indiyədək qeydə alınmış ən güclü qasırğa ötən həftəsonu Ficidə azı 29 nəfərin həyatına son qoyub.

Uinston qasırğasının ən böyük zərbəsi Ficinin Koro adasına dəyib. Bu adada 4 min 500 nəfər yaşayır. Qasırğa adadakı, az qala, bütün binaları yerlə yeksan edib.

"Bütün kəndlər dağılıb, evlərə, məhsula ziyan dəyib, hazırda 8 mindən artıq insan 70 evakuasiya mərkəzinə sığınıb", - BMT-nin baş katibinin köməkçisi Stefen O'Brayan deyib.

900 min əhalisi olan Ficinin 100-dən çox adasında yaşayış var.

Baş nazir Voreqe Bainimarama qasırğanı "Ficiyə hücum" adlandırıb.