"Mars" və "Snickers" 55 ölkədən məhsullarını geri çağırıb
Bölmə: Hadisə › ,Tarix: 10:16 24.02.2016
"Mars" və "Snickers" şokoladlarının istehsalçısı Almaniya bazarında satılan məhsullarını geri qaytarır.
İnformator.az "Röyters" agentliyinə istinadən xəbər verir ki, buna səbəb şokolad batonlarının içindən plastik aşkar olunmasıdır.
İstehsalçının bəyanatında deyilir ki, şirkət müştərilərinin keyfiyyətsiz mallar istehlak etməsini istəmir. Geri çağrılma Niderland, Büyük Britaniya, Almaniya, Vyetnam, İspaniya, İtaliya, Şri-lanka və s. ölkələr də daxil olmaqla 55 ölkəyə aid edilib.
"Mars" və "Snickers"lə yanaşı, Almaniya bazarından, həmçinin "Milky Way Minis", "Milky Way Miniatures" şokoladları və "Celebrations" konfetləri çıxarılacaq. Onların etiketlərindəki istifadə müddəti 2016-cı il iyunun 19-dan 2017-ci il yanvarın 8-dək göstərilib.