Təbriz yenidən vurulur: 18 ölü, 35 yaralı

Tarix: 23:24 13.06.2025
Təbriz şəhərində yenidən güclü partlayışlar baş verib.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, partlayışlar Təbriz aeroportu yaxınlığında qeydə alınıb.
İsrail ordusu bu gün növbəti - üçüncü dəfə Təbrizə zərbələr endirib.
İran mətbuatının yazdığına görə, son zərbələr də hava limanı rayonuna endirilib. Zərbələr nəticəsində ərazidə güclü yanğınlar baş verib.
Bundan başqa, Məşhəd və Həmədan şəhərlərindəki strateji obyektlər və hərbi bazalar da zərbələr məruz qalıb.
Qeyd edək ki, 13 iyun səhər tezdən İsrail İrana hava zərbələri endirib.
XƏBƏR LENTİ
15:48
Siyasət
Azərbaycan XİN başçısı- İranın nüvə obyektləri ətrafında mövcud vəziyyət narahatlıq doğurur
Azərbaycan XİN başçısı- İranın nüvə obyektləri ətrafında mövcud vəziyyət narahatlıq doğurur
15:43
Siyasət
Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadəsi mümkün deyil- Ceyhun Bayramov
Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadəsi mümkün deyil- Ceyhun Bayramov
15:31
Sosial
AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı bir neçə istiqamətdə reysləri ləğv edib
AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı bir neçə istiqamətdə reysləri ləğv edib
15:24
Siyasət
Ceyhun Bayramov və Seyid Abbas Ərağçi İsrailin İrana hücumundan sonra yaranan vəziyyəti müzakirə ediblər
Ceyhun Bayramov və Seyid Abbas Ərağçi İsrailin İrana hücumundan sonra yaranan vəziyyəti müzakirə ediblər