Bu gecə İsrailə bu ölkə də qoşulacaq-İranı nə gözləyir?

Bölmə: Dünya › ,
Tarix: 12:20 14.06.2025

"İsrailin İrana qarşı hərbi əməliyyatı Trampla Putinin “işbirliyi”nə də ağır zərbədir. Bir neçə gün öncə Tramp Putinin İranla danışıqlarda vasitəçiliyindən danışırdı. İsrail “İran məsələsi”ni həll etsə, Trampın Putini “diriltmək” üçün uydurduğu daha bir məqamın ortadan qalxmasına səbəb olacaq. Ümumiyyətlə, “İran məsələsi”nin həllinin Trampla Putinin “bal ayı”nı başa çatdıracağı ilə bağlı fikirlər doğru təsbitdir".

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.

Onun fikrincə, Rusiyanın Ukraynada məruz qaldığı ağır hərbi-siyasi itkilər, İsrailin İranın hərbi gücünü dağıtması dünya düzənin istiqamətini müəyyən edir:

“Çox böyük ehtimalla bu gecə ABŞ strateji bombardımançıları İsrail Hərbi Hava Qüvvələrinə qoşulacaq. Bu isə İran üçün sonun başlanğacı, Rusiya üçün yeni bir geosiyasi məğlubiyyətin gerçəkləşməsi olacaq".